Bakı, 24 noyabr, KAYNAK
Bakıda keçirilmiş alpaqut üzrə ikinci dünya çempionatinda Türkiyə idmançıları uğurla çıxış ediblər. Qardaş ölkənin yığması Azərbaycan komandasından sonra ikinci pillədə qərarlaşıb.
Bu sözləri Türkiyə Alpaqut Federasiyasının prezidenti Camal Ersoy ikinci dünya çempionatının yekunları ilə bağlı AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
O qeyd edib ki, ötənilki dünya çempionatında da Türkiyə komandası ikinci yeri tutub: “Bakıda 2018-ci ildə keçirilmiş alpaqut üzrə dünya çempionatında da idmançılarımız komanda hesabında gümüş medal qazanıblar. Qədim Turan döyüş sənəti olan alpaquta Türkiyədə maraq böyükdür. Komandamız dünya çempionatına yüksək səviyyədə hazırlaşmışdı. Sevinirik ki, bu nüfuzlu turnirdə bu dəfə də yüksək nəticəyə imza atdıq”.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdırMətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin